Naxçıvan Dövlət Universitetində yoxlamalar başladı

Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində (NDU) yoxlamalara başlanılıb.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq, Hesablama Palatasından bildirilib.

Rəsmi məlumata görə, yoxlamalar Hesablama Palatasının iş planına uyğun həyata keçirilir.

Nəticələr barədə məlumat veriləcək.

 

Gununsesi.info