Nohur göldə batan jurnalist məşhur alimin oğlu imiş - FOTO

  • By Günel
  • 25 Yanvar 2025 23:39

Bir neçə gün öncə Qəbələdə Nohur göldə batan İlham Qəribov məşhur alim İslam Qəribovun oğlu imiş.

Gununsesi.info Sitat.info-ya istinadən xəbər verir ki, 40 yaşlı İlham Qəribov özü də bir müddət mətbuatda müxtəlif qəzetlərdə çalışıb.

Mərhumun atası isə filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

Bakıda yaşayan İ.Qəribov əslən Lerikin Molalan kəndindəndir.

***

Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü İlham İslam oğlu Qəribovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qəbələdə Nohurgöldə batan məşhur alimin jurnalist oğlu imiş ...

 

 

Gununsesi.info