Ordumuzun yüksək peşəkarlığı Ermənistan ordusunda ŞOK YARATDI - Zakir Həsənov

  • By admin
  • 26 İyun 2021 12:48

“Hərbçilərimizin, əsgərlərimizin qəhrəmanlığı və yüksək səviyyədə peşəkarlığı minalanmış ərazilərdən keçərək ön xəttin yarılmasında böyük rol oynadı”.

Gununsesi.info xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, ön xətdə yaratdıqları istehkam qurğularına böyük ümid bəsləyən ermənilər bu istehkamlara müxtəlif adlar da vermişdilər.

“Bizim ordu korpuslarının həmlə, kəşfiyyat və tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Bizim ordunun bu sürəti, yüksək peşəkarlığı Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Sürətli hücum gələcək qələbəmizin təməlini qoydu”, – nazir vurğulayıb.

Gununsesi.info