Parisdə ən çox medal qazanan ölkənin adı açıqlandı

  • By admin
  • 12 Avqust 2024 13:04
paris olimpiya

Avqustun 11-də Paris-2024 Yay Olimpiya Oyunları başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan ümumilikdə 15 idman növü üzrə yarışlarda 48 idmançı ilə çıxış edib. Aktivinə yeddi medal yazdırıb. Onlardan ikisi qızıl, ikisi gümüş, üçü isə bürünc medal olub.

Cüdo:

Hidayət Heydərov (73 kq) – qızıl

Zelim Kotsoyev (100 kq) – qızıl

Boks:

Alfonso Dominqes (92 kq) – gümüş

Taekvondo:

Qaşım Maqomedov (58 kq) – gümüş

Yunan-Roma güləşi:

Həsrət Cəfərov (67 kq) – bürünc

Sərbəst güləş:

Giorgi Meşvildişvili (125 kq) – bürünc

Maqomedxan Maqomedov (97 kq) – bürünc

Bundan əvvəl koronovirus pandemiyasına görə bir il gecikmə ilə 2021-ci ildə Yaponiyada keçirilən XXII Yay Olimpiadasında Azərbaycan yeddi medal qazanmışdı (üç gümüş və dörd bürünc).

Braziliyada 2016-cı ildə gerçəkləşən XXI Olimpiadada isə Azərbaycan daha çox medal- bir qızıl, yeddi gümüş və 10 bürünc əldə etmişdi.

ABŞ birincidir

ABŞ Paris Olimpiya Oyunlarında 40 qızıl və 126 ümumi medal sayı ilə birinci yerə çıxıb. Çin də eyni sayda qızıl medal qazansa da, ümumi medal sayı 91 olub. Üçüncü yerə çıxan Yaponiya isə 20 qızıl, ümumilikdə 45 medal qazanıb.

Adətən daha çox qızıl medal yığan komanda yarışın qalibi olur. Sonuncu dəfə 2008-ci ildə Pekin Olimpiadasında ABŞ komandası 48-36 nisbəti ilə Çindən sonra ikinci yerə çıxmışdı.

Neytral statusda çıxış edən rusiyalı idmançılar bircə medal əldə ediblər. Ümumilikdə olimpiadaya 15 rusiyalı idmançı qatılıb. Rusiya Ukraynaya müdaxilə səbəbindən beynəlxalq yarışmadan kənarlaşdırılıb.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçirilib. Oyunların bağlanış mərasimi də açılışı qədər rəngarəng olub, amma daha ənənəvi formatda keçirilib.

Növbəti olimpiada 2028-ci ildə Los-Ancelesdə olacaq.

 

Günay Mahirqızı