Parisdə etirazçılarla polislər arasında qarşıdurma

  • By admin
  • 01 May 2022 21:29

Fransanın paytaxtı Parisin Volter bulvarında 1 may nümayişləri zamanı etirazçı kütlə kafe, bank və daşınmaz əmlak agentliklərinin yerləşdiyi binaların şüşələrini sındırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Polislə etirazçılar arasında toqquşmalar yaşandığı bildirilib.

Qeyd edək ki, 1 may yürüş Parisin Respublika meydanından yerli vaxtla saat 15:00-da başlayıb. Yürüşün “Place de Nation” məntəqəsində başa çatması nəzərdə tutulub.

***

Parisdə 1 may yürüşləri zamanı 45 nəfər saxlanılıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gununsesi.info