İsveçrə qəzeti ‘Putinin oğulları’ndan yazır

  • By admin
  • 01 May 2022 21:14

İsveçrənin “SonntagsZeitung” qəzeti iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019-cu illərdə doğulmuş iki oğlu var. Yazıda uşaqlardan birinin İsveçrədə doğulduğu bildirlir.

Nəşrin məlumatına görə, bu uşaqları keçmiş olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib və bir çox Qərb mediası son vaxtlar onun Putinlə yaxınlığı barədə yazıb.

İsveçrə qəzeti mənbə kimi hər iki doğuşu qəbul etdiyi bildirilən həkimin tanışına istinad etdiyini vurğulayır.

Qəzet yazır ki, mənbə dostununun və həkimin adının açıqlanmamsını xahiş edib.

Məqalədə bildirilir ki, Putinlə gənclik illərində tanış olan həkim çoxdan İsveçrəyə mühacirət edib.

Mənbə bildirir ki, hər şeyin gizli saxlaması üçün 2015-ci ildə körpənin doğulduğu yer İsveçrənin Luqano şəhəri seçilib. Amma bu, tamamilə uğurlu olmayıb: Kabayevanın bir oğlan dünyaya gətirməsi (bəzi məlumatlara görə, əkizlər, bu, SontaggsZeitung-a görə, doğru deyil) sonra bir sıra media orqanları tərəfindən xəbər verildi. Sonra Putinin ata ola biləcəyi ilə bağlı fərziyyələr səsləndi. Kremlin sözçüsü Dmitri Peskov o vaxt bunu təkzib edib.

Dörd il sonra Alina Kabaeva yenidən ana olub, lakin bu dəfə Moskvada. Bir mənbənin dediyinə görə, bu, “prezidentin qərarı” idi.

İddia olunur ki, hər iki hamiləlik zamanı Kabayeva bir neçə dəfə Luqanoya baş çəkib, lakin Putin onun yanında olmayıb.

Bu yaxınlarda The Wall Street Journal da yazmışdı ki, Kabayeva İsveçrədə çox vaxtını “hündür divarları və helikopter meydançası olan” malikanədə keçirib. İsveçrə nəşri Kabayevanın və ya Putinin nümayəndələrindən heç birinin şərh almayıb.

“The Wall Street Journal”ın bu həftə anonim mənbələrə istinadən yazdığı məqalədə qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu yaxınlarda Kabayevaya qarşı sanksiyaları dayandırıb. Məlumatda o da vurğulanır ki, Amerikanın yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putinin reaksiyasından və Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən ehtiyat edibdilər. Məqalədə iddia olunur ki, idmançı Kabayeva Putinin uşaqlarının anası ola bilər.

Bundan əvvəl ABŞ və digər Qərb ölkələri Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq ediblər. Bildirlir ki, sanksiya siyahısına düşən iki xanım Rusiya prezidentinin birinci nigahından olan qızlarıdır.

Kreml faktiki olaraq belə olduğunu etiraf edərək, sanksiyalarla bağlı xəbərlərə cavab olaraq Qərbi rusiyalı siyasətçilərin ailə üzvlərinə məhdudiyyətlər qoyduğuna görə qınayıb. Eyni zamanda, Qərb ölkələri Putinin “böyük uşaqları”na qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıblar. Buradan belə qənaətə gəlmək olar ki, Putinin sanksiyalar tətbiq olunmayan azyaşlı uşaqları da var.

Kreml heç vaxt Putinin övladları ilə bağlı hər hansı xəbəri ətraflı şərh etməyib, məsələni ictimai maraqların bir hissəsi kimi tanımaqdan imtina edib. Eyni zamanda Putin nəvələrinin olduğunu deyib. Prezidentin digər iddia edilən qızı, 18 yaşlı Yelizaveta Krivonoqixin anası Svetlana Krivonoqix də sanksiya siyahısına daxil edilməyib.

 

Gununsesi.info