Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edib.
Gununsesi.info xəbər verir ki, onu Tbilisi hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.
Tbilisidə Nikol Paşinyanın iştirakı ilə Gürcüstan-Ermənistan Hökumətlərarası iqtisadi komissiyanın iclasının açılışı olub.
Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə nail olmaq üçün vacib rol oynamağa hazırdır.
Gununsesi.info