Paytaxtda motosiklet sürücüsü qəzada öldü

  • By Mina
  • 13 Aprel 2024 12:48

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb.

Gununsesi.info xəbər verir ki, 1987-ci il təvəllüdlü Piriyev Teyyub Həsənağa oğlu idarə etdiyi “Yamaha R15” markalı motosiklet ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Gununsesi.info