İsrailin oktyabrın 7-dən bəri davamlı hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı son 24 saatda 300-dən çox artaraq 18 min 608-ə çatıb.
Gununsesi.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında İsrailin davam edən hücumlarının nəticələri barədə danışıb.
Son 24 saat ərzində 300-dən çox ölü və 500 yaralının cəsədinin Qəzza xəstəxanalarına çatdırıldığını bildirən Kudra, çoxlu cəsədin hələ də dağılmış evlərin dağıntıları altında qaldığını bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü, İsrailin oktyabrın 7-dən bu yana təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 18 min 608-ə, yaralananların sayının isə 50 min 594-ə yüksəldiyini bildirib.
Gununsesi.info