“Qəzzaya yardım çatdırmaq mümkün deyil”.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib.
Touma vurğulayıb ki, UNRWA-nın Qəzzada 1050 sığınacağı var və yeniləri açılıb, lakin olar həddən artıq doludur.
Dünənki yağışdan sonra sığınacaqların palçıqla örtüldüyünə diqqət çəkən Touma, UNRWA-nın yalnız Rəfah sərhədi yaxınlığında fəaliyyət göstərə bildiyini qeyd edib.
“Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik”, – deyə o bildirib.
Gununsesi.info