Qarabağ üçün ayrılan vəsaitin 60 faizi istifadə olunub

  • By admin
  • 06 İyun 2023 11:49

Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulub.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Layihələrin bir hissəsi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait ərazilərin bərpası üçün ayrılmışdı. Cari ildə vəsaitin artıq 60%-i istifadə olunub. Bu, böyük rəqəmdir”, – nazir bildirib.

Gununsesi.info