
ABŞ gömrük rüsumları ilə bağlı xəbər axını qiymətləri çətinləşdirməyə davam edərkən, bu gün açıqlanacaq ağır data gündəmi ərəfəsində qlobal bazarlarda qarışıq bir tendensiya müşahidə olunur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Meksika və Kanadaya tətbiq etdiyi 25%-lik rüsumlar hər iki ölkənin sərhəd təhlükəsizliyini artırmaq üçün görəcəyi tədbirlər qarşılığında dayandırılıb.
Digər tərəfdən, ABŞ-ın Çindən idxala tətbiq etdiyi 10 faizlik əlavə gömrük rüsumuna cavab olaraq Çin də xam neft, kənd təsərrüfatı avadanlığı, yüksək emissiyalı avtomobillər və yük maşınları daxil olmaqla məhsullara 10 faiz, ABŞ-dan idxal edilən kömür və təbii qaza isə 15 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Bildirilib ki, sözügedən tariflər fevralın 10-dan qüvvəyə minəcək.
Çinin Ticarət Nazirliyi həmçinin volfram, tellur, vismut və molibden də daxil olmaqla kritik mineralların ABŞ-a ixracına nəzarət ediləcəyini açıqlayıb. Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi ABŞ-ın texnologiya şirkəti Google-a qarşı inhisar əleyhinə qaydaları pozduğu üçün araşdırma başlatdığını açıqlayıb.
Analitiklər Pekinin Trampın tariflərinə reaksiyasını “məhdud” adlandırıblar. Çin və ABŞ liderlərinin nə vaxt görüşəcəyi bəlli olmasa da, Tramp Çin prezidenti Si Cinpinlə “uyğun zamanda” görüşəcəyini və tələsmədiyini bildirib. Bundan əlavə, “İrana maksimum təzyiq” siyasətini canlandıracaq prezident fərmanını imzalayan Tramp bu qərardan məmnun olmadığını, lakin “İrana qarşı sərt davranmalı” olduğunu bildirib.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da JOLTS açıq iş yerlərinin sayı keçən ilin dekabr ayında 7 milyon 600 minlə gözləntilərin altında idi. Dekabrda ölkədə açıq iş y
erlərinin sayı əvvəlki ayla müqayisədə 556 min nəfər azalıb. ABŞ-da zavod sifarişləri də keçən ilin dekabrında gözləniləndən çox 0,9 faiz azalıb.
Analitiklər, investorların Cümə günü açıqlanacaq məşğulluq hesabatı məlumatlarından əvvəl bu gün açıqlanacaq ADP özəl sektor məşğulluq məlumatlarına fokuslandığını və məşğulluq hesabatı məlumatlarının ABŞ iqtisadiyyatı haqqında daha çox məlumat verməsinin gözlənildiyini bildirib.
Orxan Saffari