Qoz ağacından yıxılan kişi öldü

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2025 14:45

Qaxda qoz ağacından yıxılan kişi ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ağacdan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info