“Qurban Qurbanov təkbaşına futbolun problemlərini həll edə bilməz” - Fazil Mustafa

  • By Admin2
  • 18 Fevral 2026 14:15

“Qarabağ”və “Nyukasl” oyunu ilə bağlı Qurban Qurbanovun verdiyi açıqlamanın müzakirələri davam edir.

Tanınmış insanlar, azərkeşlər məsələ ilə bağlı əksərən etiraz dolu fikirlərini bildirirlər.

Qurbanovun azərkeşləri ruhdan salan açıqlamasının doğru olmadığını bildirir əksər insanlar.

Deyirlər ki, onun verdiyi açıqlamalar idman əxlaqına ziddir, biz artıq bu açıqlama ilə uduzşmuşduq. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, yaxşı futbol azərkeş kimi tanınan Fazil Mustafa da Gununsesi.info-ya münasibətini bildirib.

O deyib ki, Qurban Qurbanovun açıqlamalı bu formada edilməlidir:

“Qurban Qurbanov tək futbolun, ümumiyyətlə, idmanın, meydançaların vəziyyətinin dəyişməsinə təsir edə biləcək imkana sahib deyil ki. Sadəcə, bu fürsət düşüb, onu da qeyd edir. Hər kəs bu prosesin üzərində daha çox səlahiyyətli şəxslərin qayğı çəkməsini gözləyir. Biz uşaq futbolundan danışırıq, amma bununla bağlı narahat olan insanlar hər gün məktublar göndərirlər müxtəlif qurumlara. Ancaq heç bir ciddi dəstək yoxdursa, nə etsinlər? Əksinə, hardasa, kimsə görsə ki, əlində səlahiyyət var, kimsə meydança düzəltmək istəyir, gedib ondan xahiş etməli, yalvarmalıdır ki, çox sağ ol, sən bu işi görürsən. Ancaq bu işi görənlərin hamısını müəyyən dərəcədə qapıdan qovmaqla yola salırlar, imkan vermirlər. Qurban Qurbanov futbolun uğurlu adamı kimi bu məsələyə diqqət çəkdi. İnsandır, indi o, ümumi gedişatda deyə bilər ki, istədiyi şəkildə hazırlaşa bilmədi. Burada narazı qalacaq nə var ki? Yenə də öz məsuliyyətini dərk edən adam bu mərhələyə qədər Azərbaycan futbolunu çıxardıbsa, daha böyük hədəflər qoymaq düşüncəsini daşıyan bir insan kimi bu hədəflərə yetişməyin səbəblərini, mümkünsüzlüyü izah edirsə, narazı qalacaq nə var? Onun da gücü bura qədər yetir, buradan o tərəfə nə etsin? Verin Qurban Qurbanova bu səlahiyyəti, görün, bir ilə Azərbaycan necə böyük bir futbol ölkəsinə çevrilər. Burada narazılıq üçün ciddi bir əsas görmürəm. Təbii ki, şairənə formada nəyisə qeyd etmək olar, buna da normal yanaşıram, insanlar fərqli yoza bilər. Daxili inciklik də ola bilər ki, daha fərqli bir pafosla Qarabağın oyununu qarşılamaylıyıq deyilə bilər. Amma reallığı diqqətə çatdırmağın həm də faydası var axı. Hesab edirəm ki, futbolu bilən insanlara bu imkanları yaratmaq lazımdır. Əgər məsələ maaş alım, post tutum deyə iş görməyə başlasaq, bizim Neftçi kimi elə bir komandamız var. İllərdir ki, milyonlar xərclənir, amma ortada bir şey yoxdur”, – deyə deputat eyni zamanda qeyd edib.

Orxan

Gununsesi.info