Son günlər sosial şəbəkələrdə polkovnik-leytenant Ramil Səfərovun hərbi rütbəsinin artırılması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar çəkilmiş fotoda Səfərovun polkovnik rütbəsində olduğu müşahidə edilib.
Gununsesi.info xəbər verir ki, Ramil Səfərovla konkret.az-a açıqlamasında hazırda xidmət edən zabit olduğunu və son dövrlərdə hər hansı yeni rütbə almadığını bildirib:
“Bu xəbərə ehtiyac yoxdur. Mən xidmətdə olan zabitəm, rütbə almamışam. Haradan və necə çıxıb bilmirəm. Bu cür xəbərlər xidmətimizə mane olur. Rütbəni çoxdan, təxminən il yarım əvvəl almışam. İndinin söhbəti deyil”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, Ramil Səfərovla bağlı hər hansı rəsmi mövqe olacağı təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcək.













