Rayonlarda şimşək çaxacaq, yağış yağacaq

  • By admin
  • 10 İyun 2022 20:11

İyunun 12-si gündüzdən 15-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Gununsesi.info