Rus sülhməramlıları Qarabağda humanitar aksiya keçirdi

  • By admin
  • 23 Noyabr 2021 12:25

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Xankəndidə humanitar aksiya keçiriblər.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Aksiya çərçivəsində ümumi çəkisi 1 tona yaxın olan 200 ədəd yorğan tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə təhvil verilib.

Humanitar yük Rusiyadan Qarabağa Rusiya sülhməramlı kontingenti tərəfindən çatdırılıb.

Qeyd edilib ki, il ərzində 226 humanitar tədbir, o cümlədən qəsəbələrdə, məktəblərdə, uşaq bağçalarında və internat məktəblərində 80-dən çox böyük humanitar aksiya keçirilib.

Gununsesi.info