Rusiya gəmiləri Odessanı atəşə tutdu

  • By admin
  • 16 Mart 2022 10:02

Gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığındakı Ukrayna sahillərini atəşə tutub.

Gununsesi.info bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, gəmilərdən Ukrayna sahilləri raket və artilleriyadan atəşə tutulub.

“Uzaq məsafədən böyük miqdarda sursat atdılar. Onlar sahil müdafiə sistemini sınaqdan keçirmək istəyirdilər. Nəticə əldə etmədilər”, – Geraşenko yazıb.

O əlavə edib ki, qoşunları yerə endirmək cəhdi olmayıb.

Gununsesi.info