Ukrayna ordusundan ruslara SARSIDICI ZƏRBƏ: Geri çəkilirlər

  • By admin
  • 16 Mart 2022 10:17

Rusiya hərbi işğalına qarşı müqavimətin ilk 21 gününün nəticələrinə görə, düşmən itkilər verməkdə və müəyyən istiqamətlərdə geri çəkilməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 2022-ci il martın 16-sı səhər saatlarına olan əməliyyat məlumatında deyilir.

“Son 24 saat ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə və müəyyən istiqamətlərdə əks-hücum fəaliyyətini davam etdirməyə nail olub” – Baş Qərargahın məlumatında qeyd olunur.

Ötən günün nəticələrinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində 3 təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, 1 ədəd helikopter, 3 əməliyyat-taktiki PUA və 2 qanadlı raket vurulub.

Həmçinin bildirilib ki, işğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.

“Düşmən müəyyən istiqamətlərdə itkilər verməkdə və geri çəkilməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş xətlərin və müdafiə sahələrinin müdafiəsinə və saxlanmasına yönəlib” – Baş Qərargah qeyd edib.

Gununsesi.info