Bakıda sərnişin avtobusu dəhşətli qəzaya uğradı – ÖLƏNLƏR VAR

  • By admin
  • 16 Mart 2022 10:18

Bakıda dəhşətli yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində – Bakı-ələr yolunun 28-ci kilometrliyində “Hovo” markalı ağırtonnajlı yük maşını ilə “QazEL” markalı sərnişin avtobusu toqquşub. Nəticədə sərnişin avtobusunda olan 2001, 1987, və 1984-cü il təvəllüdlü 3 kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Bildirilib ki, dəhşətli qəzaya yük avtomobilinin sürücüsü səbəb olub. Belə ki, yük maşınının sürücüsü yolda yuxuladığı üçün gəldiyi sürətlə arxadan “QazEL”ə çırpılıb. Nəticədə avtobusun arxa oturacağında əyləşən 3 nəfər yerindəcə vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info