Rusiya hərbçiləri Basarkeçər-Kəlbəcər sərhədinə gəldi

  • By admin
  • 28 İyul 2021 16:18

Ermənistanda yerləşdirilən Rusiyanın 102-ci hərbi bazanın bir qrup hərbçisi Azərbaycan-Ermənistan sərhədinə gəliblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar Basarkeçər rayonunun Kəlbəcər rayonu ilə sərhəd Yuxarı Şorca kəndi gəliblər.

Yerli jurnalistlər rusiyalı hərbçilərin ərazidə mövqe qurduqlarını bildirir.