Rusiya ordusu Xarkovu növbəti dəfə raketlə vurdu

  • By admin
  • 10 Sentyabr 2022 21:32

Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Xarkov şəhərinə növbəti dəfə raket zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat verib.

Zərbələr nəticəsində bir nəfər ölüb, eyni zamanda bir neçə evə ziyan dəyib.

Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, yaylım atəşli reaktiv sistemdən atılan raketlər bir nəfərin ölümünə, daha iki nəfərin yaralanmasına səbəb olub.

Qeyd edək ki, Ukrayna qüvvələri son günlər Xarkov vilayətində geniş əks-hücum əməliyyatı keçirib.

Gununsesi.info