Rusiya ötən gecə Ukraynaya 574 dron və 40 raketlə hücum edib

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 11:14

Ötən gecə Rusiyanın Ukraynaya hücumunda 574 dron və 40 raketdən istifadə edilib.

Gununsesi.info Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, dronlardan 546-sı, raketlərdən isə 31-i zərərsizləşdirilib.

Bildirilib ki, neytrallaşdırılan raketlər arasında 1 ədəd “Kinjal” raketi də olub.

Qeyd edək ki, Rusiya qoşunları avqustun 21-nə keçən gecə Ukraynanın Zakarpatye vilayətinin Mukaçev şəhərinə hücum edib.

Gununsesi.info