Rusiya qırıcıları Ukrayna helikopterini vurdu

  • By ilhame
  • 14 Sentyabr 2023 21:37

Rusiya qırıcıları Donetskdə Ukraynaya məxsus Mi-8 helikopterini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter Qırmızı Liman ərazisində məhv edilib:

“Xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus 467 təyyarə və 248 helikopter, həmçinin 6706 PUA məhv edilib”, – Rusiya MN-dan bildirilib.

Gununsesi.info