Rusiyanın Ukraynadakı əsgər itkisi 2300-ü ötdü - SİYAHI

  • By admin
  • 30 Aprel 2022 12:24

Rusiya Ukraynada işğalçı müharibəyə başladığı vaxtdan bəri 23.200 hərbçisini itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah bildirib ki, son sutka ərzində işğalçıların ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub. İtkilərlə bağlı məlumatlar hələ də dəqiqləşdirilir.

Rusların ümumi döyüş itkiləri aşağıdakı kimidir:
24.02-dən 30.04-dək:

• şəxsi heyət – təqribən 23 200 (+200) nəfər;

• tanklar – 1008 (+22) ədəd;

• zirehli döyüş maşınları – 2445 (+27) ədəd;

• artilleriya sistemləri – 436 (+1) ədəd;

• reaktiv yaylım atəşi sistemləri – 151 (+0) ədəd;

• hava hücumundan müdafiə sistemləri – 77 (+4) ədəd;

• təyyarə – 190 (+1) ədəd;

• helikopterlər – 155 (+0) ədəd;

• avtomobillər – 1701 (+6) ədəd;

• gəmilər/qayıqlar – 8 (+0) ədəd;

• yanacaq-sürtkü çənləri – 76 (+0);

• Əməliyyat-taktiki səviyyəli PUA-lar – 232 (+4);

• xüsusi avadanlıq – 32 (+1);

• işəsalma qurğuları – 4 (+0).

Gununsesi.info