Səudiyyə Ərəbistanına xarici investisiyalar 24% artıb

 Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) rəhbəri Yasir əl-Rumayyan bildirib ki, Krallığa xarici investisiyalar 2024-cü ildə 24% artaraq 31,7 milyard dollara çatıb.

Bu barədə Əl-Rumayyan Ər-Riyadda keçirilən illik Gələcək İnvestisiya Təşəbbüsü (FII) sammitində çıxış edərək deyib. O əlavə edib ki, ölkənin 2030 Vizyonu iqtisadi inkişafı sürətləndirir və yeni biznes imkanları yaradır.

Gununsesi.info