“Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: “Ümid edirəm ki, regionda olmayan ölkələr bizmi əməkdaşlığımıza müdaxilə etməzlər”.
S.Lavrov söyləyib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sazişin şərtləri yerinə yetirilməlidir.
Gununsesi.info