Siyəzəndə avtobus aşdı: Yaralılar var - YENİLƏNİB + FOTO

Baş Dövlət Yol Polisi İdarəsi Siyəzən rayonunda avtobusun aşması ilə bağlı açıqlama verib.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-a bildirilib ki, bu gün 08:10 radələrində Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb:

“Baş verən hadisə zamanı avtobusda 18 nəfər olub. Onlardan 12 nəfərə ilkin tibbi yardım edilib. Yaralılar arasında ağır xəsarət və ölümü halı qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır”.

09:51

Siyəzən rayonunda avtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.