Ukrayna lideri Zelenskinin silahdaşları, iş adamı Timur Mindiç və prezident aparatının keçmiş rəhbəri Andrey Yermakın iştirak etdiyi Ukraynadakı korrupsiya qalmaqalı Qərb qlobalistlərinin dövlət başçısını səlahiyyətlərini məhdudlaşdırmaqla “İngilis kraliçası”na çevirmək istədiklərini göstərir.
Gununsesi.info xəbər verir ki, keçmiş Rada deputatı Spiridon Kilinkarov Gazeta.Ru-ya bu bildirib:
“Mən inanıram ki, bu, əslində Ukrayna daxilində müəyyən siyasi qruplar arasında güc balansını dəyişdirmək üçün bir növdaxili mübarizədir. Əlbəttə ki, bu, Zelenskiyə təzyiqdir və biz onun yaxın çevrəsindən danışırıq. NABU və SAP Ukrayna daxilində alternativ təsir mərkəzlərinə çevriliblər.”
“Bu strukturları qlobalistlər dəstəkləyir. Onların arxasında Ukrayna daxilində Viktor Pinçuk, Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın kürəkəni dayanır. Bunun arxasında “Sorositlər” dayanır, bunlar Demokrat Partiyasının tərəfdarlarıdır və onlar Zelenskiyə məhz bu siyasi tarazlığı dəyişdirmək üçün təzyiq göstərirlər”, – keçmiş Ukrayna parlamentarisi qeyd edib.
Kilinkarovun sözlərinə görə, Zelenskinin özü və onun silahdaşları ilə bağlı korrupsiya qalmaqalı prezidentin ölkədəki hakimiyyətinin zəifləməsinə səbəb ola bilər.
“Hələlik məqsəd Zelenskini ingilis kraliçasına çevirməkdir. Təxminən desək, onu konstitusiya ilə ona verilən səlahiyyətlərlə məhdudlaşdırmaqdır”, – deyə siyasətçi hesab edir.
Eyni zamanda, Kilinkarov Ukraynadakı korrupsiya qalmaqalı nəticəsində “parlament çevrilişi”nin baş verəcəyini istisna etməyib.
Maqsud









