Skoliozdan əməliyyatsız xilas olmaq mümkündürmü?

  • By admin
  • 13 May 2022 09:09

Təəssüf ki, müraciət edən pasiyentlərin müayinəsi zamanı dəfələrlə skolioz haqqında oxuduqları halda körpə uşaqlarında vizual müayinə belə aparmır və ya gecikmiş hallarda həkimə aparırlar. Onurğa əyriliyi, yəni skoliozun əməliyyatsız üsullarla müalicəsinin müvəffəqiyyətində əyriliyin erkən diaqnozu çox əhəmiyyətlidir. Onurğa əyriliyi xüsusilə inkişaf çağındakı uşaqlarda daha tez-tez görünür.

Gununsesi.info xəbər verir ki, bu barədə fizioterapevt-reabilitoloq Ramin Quliyev məlumat verib.

O bildirib ki, skolioz geyimdə olduğun zaman belə müəyyən olacaq vəziyyətdədirsə, bu, xəstəliyin çox irəlilədiyini göstərir:

“Skolioz diaqnozunda ana və ataların öhdəsinə əhəmiyyətli vəzifələr düşür. Uşağın beldən yuxarısındakı geyimləri çıxararaq müəyyən aralıqlarla nəzarət etmələri çox əhəmiyyətlidir. Uşağın duruşunda sağa, ya da sola doğru S şəklində bir əyrilik varsa, mütləq nəzərə alınması lazımdır. Analar uşaq vaxtından etibarən iki çiyin arasında yüksəklik fərqi olub-olmadığını da diqqətli bir şəkildə nəzarət etməlidir. Çünki onurğa əyriliyi irəliləməyə başladığında xüsusilə erkən yetkinlik dövründə və ya inkişafın tamamlandığı dövrlərdə qalıcı orqan deformasiyaları meydana gələ bilər. Skolioz müxtəlif orqanlara təsir göstərdiyi üçün müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Mütəxəssis qeyd edib ki, skoliozun müalicəsində erkən diaqnoz çox vacibdir:

“Onurğa əyriliyi 9-14 yaş arasındakı inkişaf çağı uşaqlarında ortaya çıxsa da, körpələrdə və yeniyetmələrdə də görülür. Daha çox qız uşaqlarında müşahidə edilən onurğa əyriliklərini erkən fərq etmək ana-ata, müəllim kimi böyüklərə düşür. Uşağın kürəyinə arxadan baxıldığında çiyinlərdən birində yüksəklik, ombanın bir tərəfə sürüşməsi bel, qol arasındakı məsafədə fərqlilik varsa, skoliozdan şübhə edə bilərlər. Uşaq önə əyildiyində kürək, ya da digər bir çıxıntı görülsə, dərhal həkimə müraciət edilməlidir. Onurğa əyriliyinin səbəbi tam olaraq bilinmir. Skolioz bədənin estetik görünüşünü pozmaqla uşaqlarda psixoloji problemlərə səbəb olur. İrəliləmiş və yüksək bucaqlı onurğa əyriliyindən ağrı, nəfəs alma və hərəkət etmə çətinliyi görülə bilər”.

Həkim bildirib ki, skoliozun təyini asandır və onun fizioterapevtik müalicə ilə qeyri-cərrahi müalicəsi mümkündür:

“Skoliozun yerini və bucağını təsbit etmək üçün onurğa rentgeni çəkilməsi lazım ola bilər. Başqa xəstəliklərin skolioza səbəb olduğu vəziyyətlərdə MRT və tomoqrafiya çəkilməsi də lazım ola bilər. Skoliozun idarəsi əsnasında bəzi vəziyyətlərdə radioloji araşdırmalara davam edilir. Bu vəziyyətdə xərçəng riskinə qarşı qoruma təmin etmək üçün X şüası ehtiva etməyən, əyriliyi təqib bədən topoqrafik analiz sistemləri istifadə olunur.

Fizioterapevtik müalicə və reabilitasiyalar sayəsində erkən diaqnozu qoyulan skolioz xüsusi məşq müalicələri və fizioterapevtik müalicə proqramları ilə idarə altına alınar və bucağın irəliləməsi maneə törədilər, bədənin estetik baxımdan görünüşü düzələr. Skolioza səbəb olan hansı əzələ qeyri-kafidirsə, bunu “Valedo” müalicə deyilən kompüter nəzarət sistemi ilə təyin etmək mümkündür”.

Gununsesi.info