SON DƏQİQƏ: Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandı - VİDEO

  • By admin
  • 13 Noyabr 2021 10:20

Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

Gununsesi.info milli.az-a istinadla xəbər verir ki, Ermənistan mediasının yaydığı xəbərə görə, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.

Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.

Olayın təfərrüatları hələlik bəlli deyil.

Son məlumata görə, hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan ermənini rusiyalı sülhməramlılar tutublar