Sos kəndinə və Qırmızı Bazara köç karvanları yola salındı

  • Müəllif: Firuzə
  • 19 Noyabr 2025 14:28

Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.

Gununsesi.info xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə – 89 nəfər və Sos kəndinə 20 ailə – 80 nəfər köçürülür.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Gununsesi.info