“Bu sənəd uzunmüddətli münaqişəyə son qoyaraq diplomatik münasibətlər və davamlı sülh əsasında əməkdaşlıq üçün yol açır”. Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. O, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi mühüm nailiyyət adlandırıb. Tokayev ABŞ Prezidenti Donald Trampın effektiv vasitəçiliyinin bu nəticəyə nail olmaqda həlledici rol oynadığını vurğulayıb. Həmçinin, Qazaxıstanın da prosesə töhfə verdiyi, Almatıda əsas parametrlər üzrə danışıqlar aparıldığı qeyd edilib. Şəbnəm Gununsesi.info