Talıbovun sifarişi ilə Elbəyini 3-4 gün əsir kimi saxladılar - VİDEO

  • By admin
  • 07 Dekabr 2022 13:33

Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu canlı efirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib.

Gununsesi.info xəbər verir ki, Rauf Arifoğlu indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib:

“Bizim Elbəyi Həsənli adlı əməkdaşımız var idi. İndi İsveçdə, Sürixdə mühacirətdədir.

1999-cu ildə Səbail rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev Elbəyi Həsənlini ifadə almaq adı altında polis idarəsinə çağırdı. O zaman bizim redaksiya həmin idarəyə yaxın idi. Elbəyi redaksiyadan çıxan kimi qandalladılar. Onu təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəyini 3-4 gün əsir kimi saxladılar. Bu, Talıbovun sifarişi idi. Çünki Elbəyi onun haqqında yazı yazmışdı. Bir materiala görə Elbəyi ilə hərbi əsir kimi davranır, ona çörək-su vermirdilər”.

Rauf Arifoğlu Vasif Talıbovun sifarişi ilə jurnalist İdrak Abbasovun döyüldüyünü də bildirib: “Vasif Talıbov QHT-lərə, siyasətçilərə qan uddururdu. Bax, o, belə bir şəxsdir”.

Daha ətraflı videomaterialda:

Gununsesi.info