Taylandda 11 il həbsdə olan 40 uyğur türkü gizli əməliyyatla Çinə qaytarılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tailandın baş naziri Paetongtarn Shinawatra ölkəsinin beynəlxalq hüquq və proseslərə uyğun hərəkətlərini müdafiə edib.
Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Almaniya uyğur türklərinin Çinə ekstradisiyasını pisləyib.
ABŞ dövlət katibi Marko Rubio Çində uyğurların soyqırımla üzləşdiyini müdafiə edib.
Saxlanılan uyğur türkləri Birləşmiş Millətlər Təşkilatına müraciətlərində Çinə göndərilmək istəmədiklərini və üçüncü ölkəyə getmək istədiklərini bildiriblər.












