TBMM sədri Ermənistanın sərhəd təxribatına münasibət bildirdi

  • By admin
  • 28 İyul 2021 10:33

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanın sərhəd təxribatına münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, TBMM sədri bu barədə Bakıda keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Ermənistanın son vaxtlar Naxçıvan istiqamətində atəşkəsi pozması beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır:

“Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə hücumları bu ölkənin bölgə savaşı çıxarmaq potensialı olduğunu göstərdi”.