“Turan Tovuz” qalib gələ bilmədi

  • By Günel
  • 18 Aprel 2025 21:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Gununsesi.info xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Turan Tovuz”u qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 1:1.

Hesabı 33-cü dəqiqədə qonaq komandadan Faiq Hacıyev açıb. Lakin 52-ci dəqiqədə İssuf Paro tarazlığı təmin edib.

76-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Vanderson Melo ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin “Turan Tovuz” say üstünlüyündən yararlana bilməyib.

Beləliklə, komandalar arasındakı xal fərqi dəyişməyib. Hazırda “Araz Naxçıvan” 53 xalla 3-cü, “Turan Tovuz” 48 xalla 4-cüdür.

Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Səbail”i, “Qarabağ” “Neftçi”ni, “Şamaxı” “Kəpəz”i, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmalar 19 – 20 apreldə keçiriləcək.

Gununsesi.info