Türkiyə ABŞ-ın Rusiyadan enerji alışı ilə bağlı tələbinə əməl etməyəcək

Türkiyə Energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara ABŞ prezidenti Donald Trampın Rusiyadan neft və qaz alışını dayandırmaq çağırışına qoşulmayacaq.

Nazirin sözlərinə görə, hökumət özəl neft şirkətlərinə göstəriş vermir və onlar təchizatçılarını kommersiya prinsiplərinə əsasən seçirlər. “Biz vətəndaşlarımıza qaz yoxdur deyə bilmərik. Rusiya ilə müqavilələrimiz var, üstəlik, Azərbaycan və Türkmənistandan da qaz alırıq”, – Bayraktar CNN Türk-ə bildirib.

Xatırladaq ki, Tramp sentyabrda prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranı Rusiyanın enerji resurslarını almamağa çağırmış, əvəzində sanksiyaların yumşaldılacağı və F-35 qırıcılarının satışının gündəmə gətirilə biləcəyini vurğulamışdı.

Gununsesi.info