Türkiyə qırıcıları AZƏRBAYCANDA

  • By admin
  • 02 Sentyabr 2022 21:52

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

Bu barədə Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.

Gununsesi.info