Türkiyə səfirliyindən Azərbaycan Ordusuna BAYRAM TƏBRİKİ

  • By admin
  • 26 İyun 2021 10:40

Türkiyənin Azərbaycandakı səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrik mesajı diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, – təbrik mesajında deyilir.