Türkiyədə yoluxanların sayı yenidən artdı

  • By admin
  • 18 May 2021 21:19

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Gununsesi. info Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 203 nəfər koronavirusun qurbanı olub.

217 min 276 COVID-19 testi aparılıb ki, bunun da 11 min 937-si müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 326-dır.

10 min 125 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 971 min 245-ə çatıb.

Gununsesi. info