“Zərifə Əliyeva” gəmisi gələn il istismara veriləcək

  • By admin
  • 18 May 2021 21:12

2022-ci ildə “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi planlaşdırılır.

Gununsesi.info  xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin əməliyyat-kommersiya departamentinin mütəxəssisi Niyaməddin Aslanov “İmkanlar və maneələr: TRACECA çərçivəsində beynəlxalq avtomobil daşımaları” adlı onlayn tədbir zamanı deyib.

O qeyd edib ki, ASCO-nun gəmiləri həm Xəzər hövzəsində, həm də Qara dəniz və digər dənizlərin hövzələrində yük daşımalarını həyata keçirir:

“Bu gün ASCO TRACECA və digər təşkilatların üzvüdür. Yüklərin cəlb olunması üçün biz müxtəlif istiqamətlər üzrə müntəzəm endirimlər təqdim edirik. Qeyd etmək lazımdır ki, neft qiymətlərinin artımı və pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, qiymətləri əvvəlki səviyyədə saxlamaq mümkün olub” .

Gununsesi.info