Türkiyənin ilk neft quyusu yenidən qazılır - FOTO

  • By admin
  • 03 May 2022 13:44

1936-cı ildə kifayət qədər ehtiyat olmaması səbəbi ilə dayandırılan Türkiyənin ilk neft kəşfiyyat quyusu yenidən qazılır.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, Şırnakın İdil rayonunun Mağara kəndi yaxınlığındakı “Basbirin-1” quyusunda yenidən qazma işlərinə başlanılıb.

“Basbirin-1” quyusu 1934-cü il oktyabrın 13-də keçmiş prezident, o zaman maliyyə naziri olmuş Cəlal Bayarın iştirakı ilə qazılıb.

O zaman qazma işi üçün Türkiyədə olmayan buxarlı, impulslu və ikinci əl qazma maşını 44 min lirəyə alınıb. Tədqiqatlar zamanı 1324 metr dərinlikdə neft aşkar edilib. Lakin ehtiyatın yetərli olmadığını əsas gətirərək 15 iyun 1936-cı ildə 1351 metrdə işlər dayandırılıb.

Həmin ərazidəki “Basbirin-2” quyusunda isə kifayət qədər neftin olduğu araşdırmalardan sonra üzə çıxıb.

Gununsesi.info