Ukrayna müharibəsi soyqırımı kimi tanınacaq

  • By admin
  • 26 İyun 2022 10:03

ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırım kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.

Gununsesi.info xəbər verir ki, qətnamədə rusiyalı əsgərlərin Ukrayna ərazisində törətdiyi vəhşilikləri dair məlumatlar yer alıb.

Qətnamədə dinc əhaliyə hücumlar, doğum evlərinə və tibb müəssisələrinə birbaşa zərbələr, həmçinin ukrayna əhalisinin məcburi deportasiyasına dair sübutlar öz əksini tapıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı aktı kimi qiymətləndirib.

Gununsesi.info