Kiyev raketlə vuruldu: 2 bina dağıldı

  • By admin
  • 26 İyun 2022 09:48

İyunun 26-sı səhər saatlarında Kiyevin Şevçenko rayonuna raketlər düşməsi nəticəsində iki yaşayış binasına ciddi ziyan dəyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Merin sözlərinə görə, hazırda binada yaşayan sakinlərin xilasetmə və təxliyə işləri aparılır. Binaların demək olar ki, tamamilə dağıldığı və yaşayış üçün yararsız vəziyyətə düşdüyü bildirilib.

Gununsesi.info