Ukrayna ordusu Xersonda 12 ərazini azad etdi

  • Müəllif: admin
  • 11 Noyabr 2022 10:17

Ukrayna ordusu Xerson vilayəti istiqamətində 12 yaşayış məntəqəsini azad edib.

Gununsesi.info “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilir ki, sözügedən ərazilər Dudçanı, Pyatixatki, Borozenskoe, Sadok, Bezvodnoe, İşenko, Kostromka, Krasnolyubeçk, Kalinovskoe, Bobrovıy Kut, Bezimyannoe və Blaqodatnoedir.

Məlumata görə, Xerson istiqamətində hücum əməliyyatları davam etdirilir.

Gununsesi.info