Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya etdi

  • By admin
  • 18 Noyabr 2021 17:45

Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.

Gununsesi.info Ukrayna KİV-inə istinadən xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.

Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Gununsesi.info