Rusiya ordusu Ukrayna hərbi münaqişə zonasında radioaktiv pilotsuz uçuş aparatlarından istifadə etmir.
Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN-ın Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri “radioaktiv döyüş başlıqları” deyil, standart materiallardan istifadə edirlər.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) daha əvvəl Rusiya dronlarından birinin qalıqlarında tükənmiş urana əsaslanan ərinti ehtiva edən elementlərin tapıldığını bildirmişdi.
Maqsud










