“Ukraynadan Rusiyanı parçalamaq üçün istifadə edirlər” -PUTİN

  • By admin
  • 31 Dekabr 2022 21:18

Rusiya Prezidenti Vladimir Putin təqdim etdiyi Yeni il mesajında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya qərbin Ukraynadan alət kimi istifadə etdiyini bildirib.

“Qərb bizə sülhlə bağlı yalan danışdı. Bu, təcavüzə hazırlıq idi. İndi Ukrayna xalqından Rusiyanı zəiflətmək və parçalamaq üçün istifadə edir”, – deyə Putin vurğulayıb.

Putin videomüraciət olaraq yayımlanan Yeni il mesajında ​​rus əsgərlərinin Ukraynada öz vətənlərini qoruduğuna diqqət çəkərək, əsl müstəqilliyin qəhrəman əsgərlərin mübarizəsi ilə təmin olunduğunu bəyan edib.

Gununsesi.info