Vilayət Eyvazov mayoru rəis müavini TƏYİN ETDİ

  • By admin
  • 27 Avqust 2020 10:26

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Gununsesi.info